Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli 1089 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  27  avqust  tarixli  623 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 771) ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikası  Fövqəladə  Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də  aşağıdakı  dəyişikliklər  edilsin:

1. 25.5-ci bənddə “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin (bundan  sonra - KHGDM)” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin (bundan sonra - KGNSXDX)” sözləri ilə əvəz edilsin.

2. 26.4-cü, 26.6-cı, 26.7-ci bəndlərin birinci abzaslarında, 26.8-ci bəndin beşinci abzasında, 27.1-ci bəndin ikinci, üçüncü abzaslarında, 27.2-ci bəndin ikinci–beşinci abzaslarında, 28.1-ci, 28.2-ci bəndlərdə, 28.3-cü, 28.5-ci, 28.6-cı, 28.7-ci, 28.9-cu bəndlərin birinci abzaslarında, 28.10-cu bənddə və 37-ci hissənin dördüncü abzasında “KHGDM” akronimi “KGNSXDX” akronimi ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında