Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli   267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 497; 2009, № 6, maddə 419; 2011, № 6, maddə 498) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları ­Reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissədə “İcra Aparatı” sözləri “Administrasiyası” sözü ilə, “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

2. 6-cı hissədə və 10.2-ci  bənddə “orqanları” sözü “orqanı” sözü ilə əvəz edilsin.

3. 10.6-cı bənddə “sonuncu attestasiyanın tarixi və nəticələri” sözləri “xidməti fəaliyyətinin qiymətləndirilməsinin, sonuncu attestasiyasının tarixi və nəticələri, habelə sertifikatları barədə məlumatlar” sözləri ilə əvəz edilsin.

4. 12-ci hissədə “dövlət orqanına” sözləri “dövlət qurumuna” sözləri ilə əvəz edilsin.

5. 13-cü hissədə və 14-cü hissədə (hər iki halda) “dövlət orqanlarına” sözləri “dövlət orqanına və qurumuna” sözləri ilə əvəz edilsin.

6.     15-ci hissədə “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya” sözləri “Dövlət İmtahan Mərkəzinə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında