Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 729 nömrəli Fərmanında və  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 178) 2.4-cü bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1315; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 2, II kitab, maddə 251) ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.4.9-cu yarımbəndinin “İcraçılar” sütununda “DTXK” abreviaturası “ETSN” abreviaturası ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 noyabr 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında