“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi ba

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

 

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilmişdir.

Referendumun keçirilməsi zamanı müvafiq subyektlər tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hərəkətlərin qanunauyğun həyata keçirilməsi, habelə onların referendum prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi və metodiki yardım göstərmək məqsədilə ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim üzrə planının təsdiq edilməsinə zərurət yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 26.1-ci, 28.2-ci, 28.4-cü, 25.3-cü və 122-ci maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun)  hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilsin.

2. Təqvim Planı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                  Məzahir Pənahov

Katib                 Arifə Muxtarova

Katib                 Mikayıl Rəhimov

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında