“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”

 Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1227-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1227-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 151 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası  Qanununun  6-cı maddəsinin 1-ci hissəsinin 1-ci və 2-ci bəndlərində, 7-ci maddəsinin 2-ci hissəsinin  2-ci bəndində,  9-cu maddəsinin 4-cü hissəsində, 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində, 11-ci maddəsinin 5-ci hissəsinin 8-ci bəndində, 18-ci maddəsinin 2-ci hissəsində, 23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində (hər üç halda) və “Qeyd” hissəsində (hər iki halda), 24-cü maddəsinin 3-cü hissəsində, 27-ci maddəsinin 1-ci hissəsində, 32-ci maddəsinin 2-ci hissəsində,  48-ci maddəsinin 1-ci hissəsində, 53-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 7-ci hissəsinin  birinci və üçüncü (birinci halda) cümlələrində, 12-ci hissəsinin ikinci cümləsində, 13-cü hissəsinin birinci cümləsində,   14-cü hissəsinin 3-cü bəndində, 19-cu hissəsinin ikinci və üçüncü cümlələrində və 25-ci hissəsində, 59-cu maddəsinin 11-ci və 12-ci hissələrində, 61-ci maddəsinin 10-cu və  11-ci hissələrində, 69-cu maddəsinin 2-ci hissəsində, 71-ci maddəsinin 2-ci hissəsində və 85-ci maddəsinin 10-cu bəndinin “Qeyd” hissəsinin birinci cümləsində  nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.2. 2.2-ci bənddə “əməkdaşlarına” sözlərindən sonra “, habelə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin işçilərinə” sözləri əlavə edilsin;

3.3. 2.3-cü bənddə “(ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözləri “(üçüncü halda) və “Qeyd” hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə” sözləri ilə, “və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər” sözləri “, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;”;

3.5. 2.4-cü bənddə  “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin, “əməkdaşları” sözlərindən sonra “, habelə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin işçiləri” sözləri əlavə edilsin;

3.6. 2.5-ci bənddə “35-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində” sözlərindən sonra “və 53-cü maddəsinin  üçüncü, səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində, on ikinci hissəsinin birinci cümləsində” sözləri əlavə edilsin.

3.7. 2.6-cı bənddən “, 23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində” və “, 10-cu bəndinin qeydində” sözləri çıxarılsın, “59-cu maddəsinin 12-ci hissəsində” sözləri “72-ci maddəsinin “Qeyd” hissəsinin birinci və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin;

3.8. 2.7-ci bənddə “83-cü maddəsinin” sözlərindən əvvəl “53-cü maddəsinin yeddinci hissəsinin üçüncü cümləsində (ikinci halda), on birinci hissəsində, on üçüncü hissəsinin ikinci cümləsində və on yeddinci hissəsində,” sözləri əlavə edilsin.

3.9. 2.8-ci, 2.25-ci və 2.32-ci bəndlərdə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirirlər” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bəndlərdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

3.10. 2.9-cu, 2.21-ci, 2.22-ci və 2.23-cü bəndlərdə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirirlər” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin  və həmin bəndə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözlərindən sonra “, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilsin;

3.11. 2.27-ci bənddə “, 31-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 59-cu maddəsinin 11-ci hissəsində və 61-ci maddəsinin 10-cu hissəsində” sözləri “və 31-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.12. 2.31-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.31. həmin Qanunun 53-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 13-cü hissəsinin birinci cümləsində, 14-cü hissəsinin 3-cü bəndində, 19-cu hissəsinin ikinci və üçüncü cümlələrində, 25-ci hissəsində, 59-cu maddəsinin 12-ci hissəsində, 61-ci maddəsinin 11-ci hissəsində, 69-cu maddəsinin 2-ci hissəsində, 85-ci maddəsinin 10-cu bəndinin “Qeyd” hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;”;

3.13. 2.33-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.34 – 2.36-cı bəndlər əlavə edilsin:

“2.34. həmin Qanunun 53-cü maddəsinin 7-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə parklanma yerlərinin ayrılmasına münasibətdə Bakı Nəqliyyat Agentliyi, fərdi parklanma talonlarının verilməsinə münasibətdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.35. həmin Qanunun 53-cü maddəsinin 7-ci hissəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;

2.36. həmin Qanunun  59-cu maddəsinin 11-ci hissəsində və 61-ci maddəsinin 10-cu hissəsində  “orqan (qurum)” dedikdə Azərbaycan  Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə  Bakı Nəqliyyat Agentliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) nəzərdə tutulur.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2018-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında