Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 15 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəa

Bu Qayda  “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi məlumat və hesabatların formalarını, həmçinin onların təqdim edilməsi qaydasını müəyyənləşdirir.

2. Təqdim edilən məlumat və hesabatlar

2.0. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) bu Qaydaya əlavə olunan formalarda dövlət qurumlarına büdcə sistemi və mühasibat uçotu ilə bağlı aşağıdakı məlumat və hesabatları təqdim edir:

2.0.1. dövlət büdcəsinin gəlirlərinin icrası barədə məlumat (gəlir inzibatçıları üzrə əvvəlki dövrlə müqayisə) – 1 nömrəli əlavə;

2.0.2. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (funksional təsnifat üzrə əvvəlki dövrlə müqayisə) –  2 nömrəli əlavə;

2.0.3. dövlət büdcəsinin icrası barədə hesabat (gəlirlərin təsnifatı üzrə) – 3 nömrəli əlavə;

2.0.4. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin funksional təsnifatı üzrə) – 4 nömrəli əlavə;

2.0.5. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin iqtisadi təsnifatı üzrə) – 5 nömrəli əlavə;

2.0.6. dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı barədə məlumat – 6  nömrəli əlavə;

2.0.7. dövlət büdcəsinin vahid xəzinə hesabının xarici valyuta qalıqları barədə məlumat –  7 nömrəli əlavə;

2.0.8. idarəetməyə verilmiş (yerləşdirilmiş) vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) barədə məlumat  –  8 nömrəli əlavə;

2.0.9. debitor borcları barədə məlumat (funksional, inzibati və iqtisadi təsnifatlar üzrə)  – 9 nömrəli əlavə;

2.0.10. bölüşdürülməmiş (bloklanmış) xərclər barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə)  – 10  nömrəli əlavə;

2.0.11. büdcə təşkilatlarının büdcədənkənar xərclərinin icrası barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə) – 11 nömrəli əlavə;

2.0.12. xarici valyutada aparılan əməliyyatlar barədə məlumat (xərc istiqamətləri üzrə) – 12 nömrəli əlavə;

2.0.13. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (əsaslı xərclər, cari xərclər və dövlət borcu üzrə xərclər) – 13 nömrəli əlavə;

2.0.14. kəsirin maliyyələşdirilməsi barədə məlumat (mənbələr üzrə) – 14 nömrəli əlavə;

2.0.15. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun gəlir və xərcləri barədə məlumat – 15 nömrəli əlavə;

2.0.16. dövlət büdcəsinin xərcləri barədə hesabat (xərclərin funksional təsnifat üzrə bölmə və köməkçi bölmə səviyyəsində) – 16 nömrəli əlavə;

2.0.17. şəhər və rayonlar üzrə yerli gəlirlərin və xərclərin icrası barədə məlumat  –  17 nömrəli əlavə;

2.0.18. ehtiyat fondlarının xərcləri barədə məlumat – 18 nömrəli əlavə;

2.0.19. dövlət əsaslı vəsait qoyuluşu xərcləri barədə məlumat – 19 nömrəli əlavə;

2.0.20. yerli gəlir və xərclər arasında yaranmış fərqin tənzimlənməsi məqsədi ilə ayrılan büdcə vəsaiti barədə məlumat – 20 nömrəli əlavə;

2.0.21. xarici dövlət borcunun və dövlət zəmanətinin reyestri – 21 nömrəli əlavə;

2.0.22. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus vəsaitlərin qalıqları barədə məlumat – 22 nömrəli əlavə;

2.0.23. büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar barədə hesabat – 23 nömrəli əlavə;

2.0.24. xarici dövlətlərə verilmiş kreditlər barədə məlumat – 24 nömrəli əlavə;

2.0.25. büdcədən verilmiş kreditlər barədə məlumat – 25 nömrəli əlavə;

2.0.26. xarici və daxili dövlət borcunun əsas borc və faiz borcu üzrə icra vəziyyəti barədə məlumat – 26 nömrəli əlavə;

2.0.27. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılma qrafiki – 27 nömrəli əlavə;

2.0.28. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları üzrə) – 28 nömrəli əlavə.

3. Məlumat və hesabatların təqdim edilməsi

3.1. Nazirlik məlumat və hesabatları aşağıdakı dövlət qurumlarına (bundan sonra ─ dövlət qurumları) təqdim edir:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına – 1, 2, 3, 4, 5 (aylıq, rüblük və illik dövriliklə), 12 (aylıq və rüblük dövriliklə), 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 15 (rüblük dövriliklə), 21, 26 (rüblük, yarımillik və illik dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 24, 25, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr;

3.1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə – 1, 2, 3, 4 və 5 (aylıq, rüblük və illik dövriliklə) nömrəli əlavələr;

3.1.3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə – 3, 5, 16, 17, 19 (aylıq dövriliklə), 21 (yarımillik və illik dövriliklə) nömrəli əlavələr;

3.1.4. Azərbaycan Respublikasının Hesablama Palatasına – 1, 2, 3, 5, 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 12, 15 (rüblük dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 21, 24, 25, 26, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr.

3.2. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları kağız və elektron daşıyıcılarda təqdim edir.

3.3. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları aşağıda qeyd olunan müddətlərdən gec olmayaraq təqdim edir:

3.3.1. bu Qaydanın 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24, 25, 26 və 27 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 25-dək;

3.3.2. bu Qaydanın 9 və 11 nömrəli əlavələrində nəzərdə tutulan məlumatları – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin fevral ayının sonunadək;

3.3.3. bu Qaydanın 10 və 23 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin fevral ayının sonunadək;

3.3.4. bu Qaydanın 28 nömrəli əlavəsində nəzərdə tutulan hesabatı – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin aprel ayının 25-dək;

3.3.5. bu Qaydanın 1, 12, 14 və 22 nömrəli əlavələr üzrə ilkin (operativ) məlumatları – hesabat dövrü başa çatdıqdan sonra 5  iş günü müddətində.

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası"na  əlavələr 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında