Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuşdur

Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Day.az bildirir ki, bu dəfə  Beynəlxalq Muğam Mərkəzində V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.

Konsert bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ilə  bağlı  onun yaradıcılığına həsr olunmuşdur.

Muğam Mərkəzində keçirilən gecədə V.Mustafazadənin əsərləri, müxtəlif caz kompozisiyaları məktəbin şagirdlərinin ifasında səslənmişdir.

Məlumat  üçün  bildirək ki,V.Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olub. Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Zivər xanım özü də musiqi müəlliməsi idi.

Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdur.Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.Bu zaman Vaqif artıq musiqiçilər arasında məşhurlaşmışdı.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyü"nə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdi. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78","Monte-Karlo") laureatı olmuşdu.

M.MÜKƏRRƏMĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında