Turizm sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyası Dağıstan Respublikası turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nazir qonaqları salamlayaraq, nümayəndə heyətini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə etdi. Dağıstan-Azərbaycan arasında turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini qeyd etdi.  Azərbaycan və Dağıstan arasında yol məsafəsinin yaxınlığının, Azərbaycanın müxtəlif turizm imkanlarınının, o cümlədən sağlamlıq turizminin, qış turizminin və qastronomik turizm növlərinin Dağıstan turistlərini cəlb edə biləcəyini vurğuladı. Qeyd olundu ki, sağlamlıq turizminin inkişafı istiqamətində dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir və Qalaaltı, Naftalan, Duzdağ və Qəbələ Rusiyadan olan turistlərin marağındadır.

Nazir Rəbiyyət Zakavova növbəti dəfə Azərbaycanda səfərdə olmağından məmnunluq duyduğunu ifadə etdi. Azərbaycanla yalnız turist mübadiləsi deyil, Dağıstan turist sənayesinə kadr hazırlığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində təlimlərin həyata keçirilməsində köməklik göstərilməsi xahiş olundu.

Eyni zamanda hava, dəmiryolu, avtomobil və su nəqliyyatı vasitələrinin mövcudluğundan istifadə etməklə birgə turizm marşurtları layihələrinin işlənərək digər ölkələrdən gələn turistlərə təqdim edilməsi təklif olundu. R. Zakavova  Dağıstan turizm şirkətlətlərinin ölkəmizə səfərində göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi və Azərbaycan turizm şirkətlərini də Dağıstana tanışlıq turlarına dəvət etdi.

Ə. Qarayev ölkəmizə gələn turizm şirkəti nümayəndələrinin həm paytaxt  Bakı, həm də regionlara səfəri nəticəsində Dağıstandan olan turistlərin Azərbaycana təşkil olunacaq səfərlərinin daha da artmasına təsir göstərəcəyindən əminliyini vurğuladı.

Sonda qonaq səmimi qəbula görə minnətdarlığını bildirdi.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında