Bakıda TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III seminarı işə başlamışdır

Aprelin 27-də Bakıda TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III beynəlxalq seminarı işə başlamışdır.
Azərbaycanın Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Muzey Mərkəzində keçirilən "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması" mövzusunda seminarın açılışında TÜRKSOY-un məsul işçiləri, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər iştirak etmişlər.
Tədbir iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev seminarın işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, seminarın ilk günü "Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri" mövzusunda məruzə dinləniləcəkdir.
Günün ikinci yarısında iştirakçıların 2010-cu il üçün Azərbaycanın sənətkarlıq paytaxtı elan olunan Şəkiyə yola düşməsi və aprelin 28-də seminarın işini Şəki şəhərində davam etdirməsi planlaşdırılır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında