Yeni kitab

www.science.gov.az saytınadan aldığımız xəbərə görə “Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” kitabı çapdan çıxıb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və həmin institutun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun həmmüəllifi olduqları “Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” adlı kitab işıq üzü görüb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan nəşrin elmi redaktoru Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, elmi məsləhətçisi isə Rusiya Milli Kitabxanasının Kitabxanalararası əlaqələr şöbəsinin müdiri, pedoqogika üzrə elmlər doktoru İrina Truşinadır.

Əsər ilk dəfə olaraq Azərbaycanda kitabxana əxlaqı fəlsəfəsinin, kitabxanaçı etikasının formalaşması probleminə, onun tarixinə və inkişafına elmi-nəzəri və milli-mənəvi kontekstdən işıq salır, bu sahə üzrə hüquqi fəaliyyətin, kodeksləşdirmənin özünəməxsus xüsusiyyətlərini tədqiq edir.

Nəşrdə müəlliflər, həmçinin kitabxana əxlaqını kultroloji fenomen kimi öyrənib, “kitabxanaçılığın” iş və ya peşə olması ilə bağlı polemik fikirlərə münasibət bildiriblər.

İ.Əmənullayev,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında