Bakıda “Best of İndia” sərgisi açılmışdır

Hindistanın Azərbaycan Respublikasındakı Səfirliyində “Best of İndia”  Hind məhsullarının sərgisi və “Hindistan-Azərbaycan Biznes Dialoqu”na həsr olunmuş mətbuat konfransı keçirilmişdir.Konfransı giriş sözü ilə açan Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ”Best of İndia” sərgisinin  ölkələrimiz arasında ikitərəfli biznes əlaqələrinin inkişafı və genişləndirlməsinə yeni təkan verdiyini  bildirmişdir.

Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), Azərbaycan Respublkasının Ticarət və Sənaye Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə 13-16 mart 2018-ci il tarixlərində Bakı şəhərində “Amay” Mərkəzində eksklyuziv Hindistan məhsullarının sərgisi münasibətilə keçirilən tədbirdə Hindistanın PHD Ticarət və Sənaye Palatasının (PHDCCI) Avrasiya üzrə Beynəlxalq Məsələlər Komitəsinin sədri Purrshottam Bhaggeria, PHD Palatasının baş katibi Saurabh Sanyal çıxış edərək Hindistan və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin, biznes əməkdaşlığının ildən-ilə genişləndirildiyini,ölkələrimiz və xalqlarımızın mədəniyyət və dostluq münasibətlərinin inkişaf etdiyini vurğulamışlar.

Hindistanın PHD Ticarət və Sənaye Palatasının (PHDCCI) təşkilatçılığı ilə ”Best of İndia” sərgisinin açılışı olmuşdur.Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov sərginin rəmzini bildirən qırmızı lenti kəsmişlər.

Martın 13-də JW Marriott hotelində iki ölkənin biznes qurumları arasında görüşlərdən ibarət Hindistan-Azərbaycan biznes forumu keçrilmişdir. Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana,Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rüfət Məmmədov,PHD Ticarət Palatasının Avrasiya üzrə Beynəlxalq İşlər Komitəsinin sədri Purrshotam Bhaggeria, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musyaev, PHD Ticarət Palatasının baş katibi Saurabh Sanyal çıxış edərək forumun iki ölkə arasında prioritetlər olduğunu,ölkəmizdə Hindistan iş adamlarının fəaliyyəti üçün əlverişli şərait yaradıldığını, Hindistan məhsulları sərgisinin iqtisadi əlaqələrdə yeni mərhələ təşkil etdiyini qeyd etmişlər.

 Sonda PHD Ticarət və Sənaye Palatası və AZPROMO, həmçinin PHD Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma memorandumları imzalanmışdır.

”Hindistanın Ən Yaxşıları-Eksklyuziv Hindistan Məhsulları” sərgisində Hindistanın 95 şirkəti iştirak edir.Bu şirkətlər elektrik və elektronik məhsullar,velosiped, düyü, çay, ədviyyat, əczaçılıq,hədiyyə və əl işləri, dəftərxana ləvazimatları, ev mebelləri, toxuculuq, geyim, kosmetika, zərgərlik məhsulları daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətləri nümayiş etdirirlər.

Sərgidə biznes və ticarətlə yanaşı Hindistan mətbəxi, Bollivud festivalı vasitəsilə “Ən yaxşı Hindistan“ təcrübəsinin,Hindistanın zəngin mədəni irsinin təbliğinə  xüsusi diqqət yetiriləcəkdir.

Martın 16-dək Bakı şəhəri “Amay” Mərkəzində “Best of İndia Show” sərgisi davam edəcək və giriş  ödənişsizdir.

 Afət Sadıqoğlu,

   “Xalq qəzeti”     


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında