“Nar bağı” Türkiyədə

Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin Mədəniyyət Mərkəzində Azərbaycan kinematoqrafçılarının  çəkdiyi "Nar bağı" filmi nümayiş olunub. Tədbirdə ali məktəbin rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Filmin nümayişi Ərciyəz Universitetinin müəllimi Nihal Şengül, eləcə də ali məktəbin azərbaycanlı müəllimləri Nigar Əsgərova və Əsli Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Nümayişdən sonra filmin quruluşçu rejissoru İlqar Nəcəflə görüş keçirilib və o, tamaşaçıların suallarını cavablandırıb.

Sonda Ərciyəz Universitetinin rektor müavini, professor Karamehmet Yıldız ali məktəbin adından İ.Nəcəfə təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkətinin birgə istehsalı olan "Nar bağı" filmi bir sıra beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülüb.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında