Qazaxıstanda Xalq Cümhuriyyəti ilə bağlı kitab çap olunacaq

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyası tərəfindən ilk dəfə qazax dilində AXC haqqında məlumat, fakt və sənədlərin əks olunduğu kitab çapa hazırlanır. Bu barədə medeniyyet.az saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali deyib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən nüfuzlu alimlərin məqalələrinin yer aldığı kitabda AXC-nin o dövrdə Mərkəzi Asiyada mövcud olmuş muxtariyyətlərlə əlaqələrindən də bəhs ediləcək.

D.Kıdırali qeyd edib ki, qazax dilində indiyədək Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dolğun məlumatların əks olunduğu mənbə yox idi. Kitab may ayında Bakıda və Astanada təqdim olunacaq.

Bundan başqa, Azərbaycan alimlərinin iştirakı ilə Astanada AXC-nin 100 illiyinə həsr olunan seminar da təşkil ediləcək. İyunun 18-də Qazaxıstanda keçiriləcək III “Böyük çöl” Humanitar Forumunun bir paneli isə bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi və 28 May – Respublika Günü ərəfəsində Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə tutulur.

D.Kıdırali bildirib ki, Beynəlxalq Türk Akademiyasının rəhbərliyi, 26 ölkə tədqiqatçılarının iştirakı ilə hazırlanan “Təhlükədəki türk dilləri” dördcildliyi bu il aprelin 30-da UNESCO-nun Mənzil-Qərargahında təqdim olunacaq.

Beynəlxalq Türk Akademiyası “Türk dünyasının 100 görkəmli şəxsiyyəti”nin siyahısını da tərtib etmək niyyətindədir. Layihə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Mənəvi yeniləşmə” (“Ruhani janğıru”) proqramı çərçivəsində reallaşdırılacaq.

D.Kıdıralinın sözlərinə görə, bu layihə dünya tarixində öz izini qoymuş türk xalqlarının böyük nümayəndələrinin adlarının aşkarlanması məqsədi daşıyır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında