Berlin turizm sərgisində Azərbaycan da təmsil olunub

Berlin şəhərində keçrilən “İTB 2018” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi, “AZAL” Qapalı Səhmdar Cəmiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 25 turizm şirkəti və 4 mehmanxana təmsil edib. Həmçinin, burada respublikamızda keçirilməsi nəzərdə tutulan “EXPO 2025” ümumdünya sərgisi təbliğ edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkəmizin təmsil olunduğu stend ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerləri haqqında məlumat diqqət çəkib.

Sərgi zamanı Azərbaycan milli stendinə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili və “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev tamaşa etmişlər.

Sərgi çərçivəsində BMÜTT-nin təşkilatçılığı ilə İpək yolu ölkələrinin turizm nazirlərinin 8-ci görüşü keçirilib. İclasda İpək yolu mədəni turizm marşrutunun inkişaf strategiyası və digər mühüm məsələlər barədə müzakirələr aparılıb. Bununla yanaşı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi turizm şöbəsinin müdiri Oksana Serdiuk, Almaniya Səyahət Assosiasiyasının prezidenti Norbert Fibiq, “TUI Group” şirkətinin prezidenti Michael Frenzel, həmin şirkətinin icraçı direktoru Ralf Horter, “BBC” telekanalın nümayəndəsi Sergey Stanovkin, “Messe Berlin” şirkətinin Rusiya və MDB üzrə nümayəndəliyinin rəhbəri İrina Keyko və “ITB Asia” sərgisinin biznesin inkişafı meneceri Edvin Zee ilə görüşləri keçirilib və ikitərəfli əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında