“Yeddi gözəl” adlı batika sərgisi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, kataloq Gənclər arasında Multikulturalizm və Tolerantlığın Təbliği  İctimai Birliyinin maliyyə dəstəyi ilə çap olunub. Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunub.

Sərgidə giriş sözü ilə universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək,sərginin özəlliyindən, Şəhla Abbasovanın nəfis şəkildə, yüksək peşəkarlıq, fantaziya, zövqlə dahi Nizami və onun 7 gözəlini atlas üzərində həkk etdiyini qeyd edib. Daha sonra  dizayn və dekorativ-tətbiqi sənət  kafedrasının müdiri, professor Arif Əziz çıxış edərək batika sənətinin qədim tarixindən, Şəhla Abbasovanın bu sənəti çox gözəl şəkildə təmsil etdiyini, bu çətin və məsuliyyətli işin öhdəsindən uğurla gəldiyini deyib. Sənətşünas Dilarə Müzəffərli çıxışında müəllifi təbrik edib, bu layihənin respublikamız üçün 3 mötəbər tədbirə həsr edildiyini vurğulayaraq, sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəxet”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında