Elmar Vəliyev:Mehriban xanım Əliyevanın fəaliyyəti örnək kimi qəbul olunur...

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı bu dəfə 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə Gəncədə, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilib. Tədbir Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə baş tutub. Tədbirdə bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər dövlətlərdən olan nümayəndələr iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 8 mart “ Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları təbrik edib. Qadınlara can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev hər zaman qadınların əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda fədəkarcasına çalışırlar. Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Çıxışlardan sonra Gəncə şəhərinin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oktay Kazımi, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Vaqif Gərəyzadə kimi görkəmli bəstəkarların əsərləri, eləcə də xalq mahnıları və təsniflər səsləndirilib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Orkestri, Göygöl mahnı və rəqs ansamblı və “Xəmsə” ansamblı tərəfindən səsləndirilən musiqi əsərlərini Xalq artistləri Samir Cəfərov və Şahnaz Haşımova, Əməkdar artist Mehparə Cəfərova, eləcə də bir çox müsabiqələrin qalibləri olmuş müğənnilər ifa ediblər.

Qeyd edək ki, Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində 8-9 mart tarixlərində Gəncə şəhərində simpozium keçirilmişdir. İştirakçılar həmçinin Gəncə şəhərinin gəzməli-görməli yerləri ilə tanış olmuş, xoş təssüratlarını bildirmişlər.

 

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında