Nizami Kino Mərkəzi Ukraynada keçirilən forumda Azərbaycanı təmsil etmişdir

Ukraynada keçirilən “Unlimited: Sərhədsiz incəsənət” Forumuna Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə qatılıb. Bu barədə APA  məlumat yayıb.

Məlumatda deyilir ki, British Council Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva Kiyevdə keçirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda iştirak edib.

Forumun açılışında iştirak edən Ukraynanın birinci xanımı Marina Poroşenko çıxışında əlil insanların aktiv ictimai həyata daxil olmalarını dövlət siyasətinin bir hissəsi olduğunu vurğulayıb, bu sahədə zəmin olaraq inklüziv layihələrin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

 Panel diskussiyaları zamanı Leyli Mirzəyeva forum iştirakçılarına Azərbaycanda ilk dəfə Nizami Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində danışma və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin təşkilindən danışıb və bu layihənin uğurlu olduğunu bildirib.

İnklüziv layihələr sırasında yaxın vaxtlarda Nizami Kino Mərkəzində görmə qabiliyyəti məhdud olan insanlar üçün də kino nümayişləri təşkil olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında