Beynəlxalq Qadınlar Günü qeyd olundu

Sumqayıt şəhərində yerləşən 28 May mədəniyyət evində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirilmişdir. Qubadlı rayon İcra hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə əksəriyyəti qadınlar olmaqla RİH başçısı Malik İsaqov, Rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Malik İsaqov çıxış etmişdir.  Qadınları bu xoş gün münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Eyni zamanda vurğulanmışdır ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur.  Başçı qeyd etmişdir ki, müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir və ölkəmizdə aparılan siyasətin fəal müdafiəçiləridirlər. Qubadlı qadınlarının dövlətə və dövlətçiliyə göstərdikləri məhz bu xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yuksək qiymətləndirilmiş, 4 nəfərə “Əməkdar müəllim” fəxri adı verilmiş, 4 nəfər qadın isə “Tərəqqi medalı” ilə təltif olunmuşdur.

Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının obrazını canlandıran,  Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın  gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 1 mart tarixli 3729 nömrəli sərəncamı ilə Qubadlı rayon Çərəli kənd tam orta məktəbinin direktoru Hüseynova Sədaqət Qulu qızı “Tərəqqi” medalı ilə təltif edilmişdir.Rayon icra hakimiyyəti başçısı Malik İsaqov “Tərəqqi” medalını və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon icra hakimiyyəti başçısının fəxri fərman və hədiyyələrini təqdim etmişdir. Tədbir  musiqili konsert proqrami ilə davam etdirilmişdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında