2017-ci il ilə müqayisədə cari ilin 2 ayı üzrə ölkəyə gələn xarici vətəndaşların sayında 12.3 faiz artım müşahidə edilmişdir

Bu  ilin yanvar ayında 185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş Azərbaycana gəlmişdir. Ümumilikdə 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 nəfər təşkil etmişdir. Onlardan 103 245 Rusiya Federasiyası, 87 649 Gürcüstan, 48 657 Türkiyə, 28 111 İran, 13 064 Birləşmiş Ərəb Əmirlikləri,  71 348 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.

   Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 29.3 faiz, 24.8 faiz, 13.8  faiz və 7.9 faiz təşkil etmişdir.  

 2017-ci ilin 2 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 313 418 nəfər təşkil etmişdir ki, onlardan 159 262 nəfəri yanvar ayında, 154 156 nəfəri isə fevral ayında gəlmişdir. Ötən ilin 2 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Azərbaycana 38 656 (12.3 faiz) nəfər çox xarici vətəndaş gəlmişdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında