“Logistica & Negocios” nəşri Azərbaycan multikulturalizmindən yazıb

Paraqvayın “Logistica & Negocios” nəşrində  Azərbaycanda tolerantlıq mühütündən bəhs olunan məqalə dərc edilib.

Müəllif beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzindir. “Naxçıvan Azərbaycan multikulturalizmini mədəniyyətlərarası qlobal dialoqun dəyərli mənbəyi kimi təbliğ edir” adlı məqalədə müəllif ötən il Naxçıvan Pedaqoji Universitetində təqdimatı keçirilən yeni “Azərbaycan multikulturalizmi” dərsliyindan, bir sözlə, ölkəmizdə beynəlxalq dialoq sahəsində əldə edilən nailiyyətlərdən bəhs edir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların uzun illər dostluq şəraitində yaşamasından söhbət açılır. Bu insanlar arasında tolerantlıq mühitinin qorunub saxlanılmasında Azərbaycan xalqına xas olan humanizm və tolerantlıq dəyərlərinin müstəsna rolu vardır.

 Müəllif  bildirir ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Bu gün Azərbaycan özünün zəngin multikulturalizm modelini dünyaya nümayiş etdirir və ev sahibliyi etdiyi beynəlxalq forumlar bir daha onu göstərir ki, dövlət tolerantlıq prinsiplərinə xüsusi önəm verir.

Piter Teyz qeyd edir ki,  Azərbaycanda olan mədəniyyət abidələri hələ qədim dövrlərdən burada multikulturalizm və dinlərarası dialoqun olduğunu sübut edir. “Azərbaycan multikulturalizmi” dərsliyi gənc nəsil üçün çoxmədəniyyətli dəyərlərin təşviqində qiymətli mənbədir.

Teyz yazır ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuşdur. 2018-ci ilin ötən ayı ərzində Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejimini müxtəlif istiqamətlərdən  dəfələrlə pozublar. Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Müəllif qeyd edir ki, BMT, AŞPA, ATƏT, İƏT və digər beynəlxalq təşkilatlar Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması haqda qətnamələr qəbul etmişdir.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında