"Qəfil görüş - çağdaş polyak poeziyası antologiyası"

Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Polşanın Azərbaycandakı səfirliyi ilə birlikdə "Qəfil görüş - çağdaş polyak poeziyası antologiyası" kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə tanınmış ədəbiyyatçılar, sənət adamları, polyak poeziyasının pərəstişkarları,polyak icmasının nümayəndələri iştirak edirdilər.
Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq qonaqları salamladı, kitabın nəşrinin Azərbaycan ədəbi həyatı üçün olduqca əhəmiyyətli hadisə olduğunu vurğuladı. Daha sonra Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixal Labenda çıxış edərək kitabın xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasında vacib addım olduğunu qeyd etdi, kitabı Polşa poeziyası mütəxəssisləri və pərəstişkarları üçün dəyərli töhfə, gözlənilən "qəfil görüş" adlandırdı. Sonra isə kitabın tərcüməçilərindən biri, şair, tərcüməçi, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu çıxış edərək kitab haqqında ətraflı bilgi verdi:
"Qəfil görüş - çağdaş polyak poeziyası antologiyası" kitabının çapı Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən həyata keçirilmiş, Polşa Respublikasının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur. Kitaba XX əsr Polşa poeziyasının korifeyləri, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatları- Çeslav Miloş və Vislava Şimborskanın, habelə, digər görkəmli şairlər- Zbiqnev Herbert və Tadeuş Rujeviçin şeirləri daxil edilmişdir. Kitab Azərbaycanda son illərdə nəşr olunan ilk ikidilli (bilinqva) poetik antologiyadır.
Daha sonra digər natiqlər, tanınmış sənət adamları çıxışlar etdilər.
Sonda müəlliflərin öz səsləri ilə şeirlərinin ifası- audioyazılar dinlənildi, tərcüməçilər - Səlim Babullaoğlu və Rafael Tağızadə həmin şeirləri Azərbaycan dilində səsləndirdilər.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında