"Kitabsevərlər klubu" təsis olundu

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində "Kitabsevərlər klubu"nun təsis toplantısı keçirilib.

Toplantıda İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Xırxatala kənd məktəbinin direktoru Əhmədiyyə Hacıyev, Mərkəzin şöbə müdirləri və mütəxəssisləri iştirak ediblər.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxış edərək qeyd etdi ki, kitab uğurlu gələcəyə aparan yoldur.

Sonra Mərkəzin mütəxəssisləri Elnarə Hacıyeva "Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə" adlı və Ceyhun Əhmədov "Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları" adlı məruzələri ilə çıxış etmişlər.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında