Amerika Ticarət Palatasının nümayəndələri ilə görüş

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının üzvü Nuran Kərimov, icraçı direktor, direktorlar şurasının katibi Natəvan Məmmədova və digər üzvlərdən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə nazir hava nəqliyyatının inkişafından, turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı dövlət tərəfindən görülən işlərdən, ASAN vizanın tətbiq olunmasının turizmin inkişafına təsirindən danışmışdır. O bildirmişdir  ki, sadələşdirilmiş viza rejimi ölkəmizə gələn turistlərin sayının artmasında böyük rol oynayır.

Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında ölkə   Prezidentinin sərəncamına əsasən Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılmasının həmin bölgələrdə turizmin inkişaf etdirilməsi üçün zəmin yaradacağını qeyd etdilər və palataya üzv şirkətlərin bu ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirmişlər.

Sonra mədəniyyət və turizm sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsi haqqında müzakirələr aparılmışdır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında