Qadın yazarlar Xalça muzeyində

Azərbaycan Xalça Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunmuş mediaturda ölkənin tanınmış media orqanlarını təmsil edən qadın jurnalistlər iştirak etmişdir.

Muzeyin direktoru Şirin Məlikova  xanım jurnalistləri qarşıdan gələn 8 mart Qadınlar günü  münasibətilə təbrik edərək bildirmişdir ki, muzeydə  olan eksponatların çoxu xanımların əl işləridir. “Bu əsərlər bizim mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirir”.  S.Məlikova  ötən  il Avstriya auksion şirkətindən əldə edilmiş XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə aid unikal “Şamaxı” xalçası  və  Heydər Əliyev Fondu adından  bağışlanmış XVIII əsrə aid Azərbaycan xalçası haqqında məlumat verdi. Qeyd olundu ki, “Azərbaycan xalçası” sənəti 2010-cu ildə  UNESCO-nun Bəşəriyyətin qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.  Xalça ilə bağlı uğurlarımız çoxdur. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində bu gün xalçaçılıq sənətimiz dünyada geniş təbliğ edilir.

Sonra Azərbaycan xalça muzeyi ilə  tanışlıq başladı. Jurnalistlərə muzeyin ekspozisiyasında nümayiş olunan xalçalar, tikmələr, zərgərlik məmulatları,  mis qablar, arxeoloji qazıntılar
zamanı tapılmış müxtəlif eksponatlar haqqında maraqlı məlumatlar verildi.

Direktor onu da bildirdi ki,  Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC)  tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülmüşdür. Ona görə də Azərbaycan Xalça Muzeyinin təcrübəsini CIDOC  dünya muzeylərinə bir nümunə kimi təqdim etməkdədir.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında