Bu il ən çox səyahət ediləcək şəhərlər- Bakı ilk yerdədir

Gununsesi.info-nun verdiyi məlumatında bildirilir ki, ABŞ-ın məşhur “USA TODAY” informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı xüsusi qeyd olunub.

Gununsesi.info xəbər verir ki, dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sırada qeyd olunur.

“Neftlə zəngin bu paytaxt şəhərində mədəniyyət və müasir memarlığa milyardlarla vəsait sərf edilib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir” – deyən 27 yaşlı səyyah bu gözəl diyarda müasir memarlıq və qədim yaraşıqlı binaların ahəngini də vurğulayır.

İlk səyahət olunmalı şəhərlər sırasında həmçinin, Şərqi Timorun paytaxtı Dili, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut, Mendoza (Argentina), Fritaun (Syerra-Leon), Asmara (Eritreya), Baqan (Myanmar), Konstantin (Əlcəzair) yer alıb.

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında