“İTB Berlin 2018” beynəlxalq turizm sərgisi

 Almaniyanın paytaxtı Berlin şəhərində “İTB Berlin 2018” beynəlxalq turizm sərgisi keçiriləcək. Sözügedən tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 Qeyd edirik ki, “İTB Berlin 2018” beynəlxalq turizm sərgisi öncəsi,  martın  2-dən  3-dək Yunanıstanda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil etmişdir. Səyahət, turizm və qonaqpərvərlik sənayesinin "Davos forumu" sayılan Lüsern Dünya Turizm Forumunun növbəti toplantısında Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Turizm Təşkilatının (BMÜTT) keçmiş baş katibi Taleb Rifai, Yunanıstanın turizm naziri Yelena Kontura, bir sıra digər ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlər  iştirak etmişlər.

Toplantı zamanı nazir müavini Nazim Səmədov çıxış etmiş və müvafiq görüşlərdə iştirak etmişdir. Məlumat üçün qeyd edirik ki, toplantının əsas mövzusu davamlı turizmin inkişafı naminə dövlət-özəl sektor əməkdaşlığı olmuşdur.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında