“Baharı birlikdə qarşılayaq” adlı rəsm sərgisi açılıb

 Bakıdakı Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin əl işlərindən ibarət “Baharı birlikdə qarşılayaq” adlı sərgi açılmışdır.

Tədbirdə məktəbin direktoru Əziz Qarayusifli çıxış edərək son illər tədris ocağının qazandığı uğurlardan bəhs etdi. Direktor sərginin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu layihənin ərsəyə gəlməsində məktəbin müəlliməsi Nigar Şıxəliyevanın böyük zəhməti var.

Bildirildi ki, sərgidə 30-dək şagirdin müxtəlif mövzularda 70-ə yaxın rəsm əsəri yer alıb.

Tədbir bədii kompozisiya ilə davam etmişdir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqilər səsləndirildi, rəqslər nümayiş olundu.

Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim edildi.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında