Azərbaycan Gürcüstandakı turistlərin sayına görə liderdir

Azərbaycan vətəndaşları ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 faizlik azalmaya  baxmayaraq, 2018-ci ilin fevralında Gürcüstandakı turistlərin sayına görə liderdir.

Milli.Az  saytının məlumatına  görə  ümumilikdə əcnəbi səyahətçilərin sayı 19,8 faiz, turistlər isə 27,1 faiz artıb.

Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib ki, daha çox səfər Azərbaycan, Türkiyə (ötən illə müqayisədə 28,1 faiz artım), Rusiya (+24,2 faiz) və İrandan (+130,6 faiz) olub.

O qeyd edib ki, Avropa İttifaqı ölkələrindən - Böyük Britaniya, Litva, Fransa və Almaniyadan səfərlərin sayının artması baxımından müsbət tendensiya saxlanılıb.

Ümumilikdə 2018-ci ilin yanvar-fevral aylarında Gürcüstana 885 047 əcnəbi səyahətçi səfər edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 129 967 nəfər üstələyir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında