Çexiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi

Azərbaycanın Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) tərəfindən Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı foto-sərgi təşkil olunub.

Səfirlikdən AzVision.az-a verilən məlumata əsasən, sözügedən sərgidə ölkəmizin keçdiyi tarixi yol, habelə ermənilər tərəfindən ölkəmizə qarşı törədilən soyqırım haqqında fotoşəkillər nümayiş etdirilib. Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında belə fotosərginin keçirilməsinin Azərbaycan haqqında yerli ictimaiyyətin daha geniş məlumat əldə etmək imkanı yaratdığını bildirib. Səfir sonra Çeske Budoyeviçe şəhərinin yerli televiziya kanalına müsahibə verib və ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Orada həmçinin Çexiya Senatının sədr müavini Yirji Şestak, Çeske Budoyeviçe şəhərinin meri Yirji Svoboda, Cənubi Bohemiya regionu qubernatorunun müavini Yozef Knot və Azərbaycan-Avropa Ticarət Palatasının sədri Devid Snaşel çıxış ediblər. Fotosərginin açılışında Çexiya Respublikasının rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Sonda Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında