Bakıda gürcüstanlı rəssamın sərgisi açılıb

Bakıda Ağ Şəhər Qalereyasında istedadlı rəssam Rizvan İsmayılın fərdi sərgisi açılıb. Bu, rəssamın paytaxtda keçirilən ikinci sərgisidir. İlk sərgi ötən ilin martında Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda baş tutub.

Sərginin açılışında çıxış edənlərdən UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının və Dünya Rəssamlıq Akademiyasının üzvü Sakit Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları Rizvan İsmayılın özünəməxsus yaradıcılığı haqqında söz açmışdır. Qeyd olunub ki, R.İsmayılın İstanbul və Tbilisidə, Parisdə, Moskvada fərdi sərgiləri keçirilib. Natiqlər rəssama yeni yaradıcılıq uğurları arzulamışlar.

Qeyd edək ki, “Rəqəmlərin sirli dünyası” adlı fərdi sərgi martın 6-dək davam edəcək. Bu müddətdə tamaşaçılar rəssamın “Nimeroloqizm (Əbcədizm)” üslubunun əsasında çəkdiyi əsərlərlərlə də tanış olacaqlar.

R.İsmayıl yağlı boya və qrafiklə çəkilən 250-dən çox rəsm əsərinin müəllifidir. Rəssamın 2015-ci ildə Tiflisdə “Rəssam-rənglərlə şeir yazan bəstəkardır” adlı kataloqu, Bakıdakı Parlaq İmzalar Nəşriyyatında onun “Rizvan İsmayıl” adlı daha bir kataloqu nəşr olunmuşdur.

Xaıtrladaq ki, əslən Gürcüstanın Bolnisi rayonundan olan Rizvan İsmayıl 1986-1990-cı illərdə Bakıdakı Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini tərtibatçı rəssam ixtisası üzrə  bitirmişdir. O, 315 nəfər rəssamın üzv olduğu Gürcüstan Rəssamlar Federasiyasının ilk azərbaycanlı üzvüdür.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında