“L.V.Rostropoviçin Bakıdakı erkən dövrünün yaradıcılığı”

L. və M.Rostropoviçlərin ev muzeyində məşhur violonçel ifaçısı Leopold Rostropoviçin 126 illiyinə həsr olunmuş   “L.V.Rostropoviçin Bakıdakı erkən dövrünün yaradıcılığı” adlı tədbir keçirilmişdir.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açaraq bildirmişdir  ki, muzeydə hər il ənənəvi olaraq L.Rostropoviçin doğum günü qeyd olunur. O, çıxışı zamanı L.Rostropoviçin 1914-16-cı illərdəki həyatı və yaradıcılığından, Bakıda verdiyi xeyriyyə konsertlərindən, burada D.A.Çernomordikovun rəhbərliyi altında göstərdiyi pedaqoji və bəstəkarlıq fəaliyyətindən söz açmışdır. 1915-ci ildə Bakıda Polşa komitəsinin təşkilatçılığı ilə müharibədə Polşa Çarından əziyyət çəkənlərə həsr olunmuş xeyriyyə konserti təşkil edilmişdir. Violonçelistlər müsabiqəsinin Laureatı L.Rostropoviç bu konsertdə P.İ.Çaykovskinin “Nokturun” əsərini  mükəmməl ifa etmişdir. Eyni zamanda, Bakı icmasının yığıncağında (indiki Zabitlər Evi) baş tutan xeyriyyə konsertində, “bakılıların tanıdığı, istedadlı violonçel ifaçısı L.Rostropoviç, böyük çoşqu ilə Sen-Sansın konsertini ifa etmiş və tamaşaçılar tərəfindən alqışlara qərq olmuşdur”.

İfaçının bu dövrünün fəaliyyəti, “Kaspi” və “Bakı” qəzetlərində çox geniş işıqlandırılırıb. Bu materialları təhlil edərkən nəticəyə gəlmək olar ki, L.Rostropoviç 1914-cü ilin yay ayından 1916-cı ilə qədər Bakıda yaşayıb , Bakı musiqi icmasının sevgisini və böyük rəğbətini qazanıb. Həmin bu qəzetlərin çoxsaylı hissələrindən təşkil olunmuş sərgi tədbirdə nümayiş olunmuşdur.

Tədbirdə L. və M.Rostropoviçlər adına 21 saylı və Bülbül adına uşaq musiqi məktəblərinin Beynəlxalq müsabiqələr laureatları böyük konsert proqramı ilə çıxış etmişlər. Onlar rus və xarici bəstəkarlar F.Listın, S.Raxmaninovun əsərlərini parlaq texnika və yüksək ifaçılığ ilə nümayiş etdirmişlər. Gənc skripka ifaçılarından ibarət ansamblın çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eyni zamanda muzeyin zəngin fondundan çıxarılmış materiallar əsasında hazırlanmış, həyat və yaradıcılığından bəhs edən slayd-şou nümayiş olunmuşdur.

Tədbirdə Rusiya səfirliyinin mədəniyyət məsələləri üzrə ikinci katibi Y.Raqozina, Rusiya informasiya mərkəzinin nümayəndəsi C.Quliyev, musiqi məktəblərinin direktorları, müəllim və şagird heyəti, memorial muzeylərin əməkdaşları, rus icmasının nümayəndələri qonaq qismində iştirak etmişlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında