Milli Kitabxanada “Budaq Budaqov-90” adlı kitab sərgisi açılmışdır

M.F.Axundov adına Azərbaycan  Milli Kitabxanasında Azərbaycan Respublikasında geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən biri, azərbaycanlı alim, ictimai-siyasi xadim, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor, akademik  Budaq Əbdüləli oğlu  Budaqovun anadan olmasının 90 illiyi münasibətilə “Budaq Budaqov-90” adlı kitab sərgisi açılmışdır.

Sərgidə alimin Azərbaycan və rus dillərində olan əsərləri,elmi redaktoru olduğu, redaktə etdiyi, tərtib etdiyi, ön söz yazdığı kitablar və görkəmli alim haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi həftə ərzində davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında