“Azərbaycan xalqına Quzey Kıbrısı anlatdı”

          Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) “Kıbrıs” qəzetində (gündəlik nəşr, 56 səhifə) ”Azərbaycan xalqına Quzey Kıbrısı anlatdı” başlığı altında azərbaycanlı jurnalist Afət Sadıqoğlunun “Türk dünyasının Kıbrısı” adlı kitabı haqqında məqalə dərc edilmişdir.

 “Kıbrıs”qəzetinin əməkdaşı Aliye Özenci məqalədə həmkarımız -“Xalq qəzeti”nin baş redaktorunun müavini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, yazıçı-publisist Afət Sadıqoğlu Məmmədovun kitabı haqqında yazır: “Azərbaycanlı jurnalist Afət Sadıqoğlunun "Türk dünyasının Kıbrısı" adlı kitabı Azərbaycanda nəşr olundu. Kıbrıs  və Türkiyə xalqlarını yaxından təqib edən yazıçı, ölkəmizdəki tarixi yerləri, universitetləri və məktəbləri ziyarət etdi.

Yazıçı kitabında ictimai mədəniyyət dəyərlərini, tarixi yerləri, QKTC-nin qurulmasını və ölkədəki çətinlikləri dürüst və səmimi bir dildə qələmə aldı.”

QKTC Bakı nümayəndəsi Üfüq Turganer kitabın ön sözündə bu cümlələrə yer verdi:

  "Xalq qəzeti”nin baş redaktor müavini Afət Məmmədovu  (Sadıqoğlu) Quzey Kıbrıs sevdalısı, Kıbrıs türk xalqını sevən və Kıbrıs türklərini, ölkəni yaxından təqib edən ziyalı bir adam olaraq tanıdım. Quzey Kıbrıs Türk Respublikasını 2015-ci ildə ziyarət etmiş və bu ziyarətində gözəl ölkəmizi qarış-qarış gəzmiş, tarixi və mədəni əsərlərimiz ilə Quzey Kıbrıs türk xalqının adət-ənənələrinə bağlılığını yerində görmə imkanı tapmışdır. Dəyərli alim-yazar Sadıqoğlu QKTC-ni Azərbaycanın gözəl insanlarına izah etmək, Kıbrıs türk xalqının mübarizəsi ilə tarixini, siyasət, iqtisadiyyat və təhsil sahələrini azərbaycanlı qardaşlarımıza tanıtdırmaq üçün bu qiymətli kitaba əmək sərf etmişdir. Kitabı oxuyarkən özünüzü Quzey Kıbrısda  hiss edəcək və cənnət ölkəmizi gözünüzün qarşısında canlandıracaqsınız.

Hörmətli Sadıqoğluna Quzey Kıbrısa göstərmiş olduğu maraq, səmimi münasibət və kitabına  ürəkdən gələn məhəbbət duyğuları ilə yanaşdığına görə təşəkkürlərimi bildirir, Quzey Kıbrıs Türk Respublikasını qardaş Azərbaycana tanıtmaq üçün  yaradıcı əməyinə  görə onu təbrik edir, uğurlarının davamını diləyirəm".

 

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında