"Evlənmə" yenidən Azərbaycan səhnəsində

Artıq ikinci yüz illiyini yaşayan Musiqili Komediya Teatrı bir-birindən maraqlı layihələrə imza atır, cəmiyyətin mənəvi tərbiyəsi, xüsusilə də gənc nəslin yetkin və hərtərəfli insan, vətəndaş kimi yetişməsi üçün, onların dünyagörüşü və sənət zövqünün formalaşması işində bir sıra işlər görür.
Bu məqsədlə teatr kollektivi vaxtı ilə bu səhnədə böyük uğur qazanmış retro tamaşaları təzədən səhnəyə gətirməklə yanaşı, bir sıra məşhur müəlliflərin və əsərlərin repertuara daxil edilməsi üçün də yeni addımlar atır. Belə tamaşalardan biri də dünya şöhrətli dramaturq Nikolay Qoqolun Azərbaycan peşəkar teatrında ilk dəfə səhnə həllini tapacaq "Evlənmə" komediyasıdır.
Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova, Şükufə Yusupova bu dəfə teatrın yeni tamaşasında 100 illik səhnə ocağının aktyorları ilə birlikdə çıxış edəcəklər. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi N.V.Qoqolun "Evlənmə" əsərində Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla İvanovna surəti Şükufə Yusupovaya həvalə olunub. "Evlənmə" sevimli aktrisaların Musiqili Komediya Teatrında debut tamaşasıdır.
"Evlənmə" komediyasında Podkalyosin roluna isə Gənc Tamaşaçılar teatrının aktyoru Qurban İsmayılov dəvət olunub. Bu əsər böyük rus yazıçısının 200 illik yubileyinə həsr edilir. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, dirijor Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeyster Vaqif Məstanov, baletmeysterlər Zakir Ağayev və Yelena Ağayevadır. Sevimli gülüş ustaları - xalq artisti Arif Quliyev, əməkdar artistdər Elçin Həmidov, Ramiz Məmmədov, aktyorlar Emma Məlikova, Çingiz Əhmədov, Ülviyyə Novruzova, Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev, Elxan İsmayılov, Məhərrəm Qurbanov, Vüqar Hacıyev də "Evlənmə"də sənət dostları ilə eyni səhnəni bölüşəcəklər.
Janrına görə qeyri-adi məzəli hadisə kimi səciyyələnən tamaşanın premyeraları fevral ayının 23-də və 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılacaq.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında