Yeni monoqrafiya işıq üzü görüb

Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun 90 illik yubileyi münasibətilə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən “Azərbaycan coğrafiya elminin inkişafında akademik B.Ə.Budaqovun rolu” adlı monoqrafiya  çapdan çıxıb.

Kitabın müəllifi institutun Təhsil şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Flora Məmmədova, redaktoru isə coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovdur. Monoqrafiyada akademik B.Budaqovun elmi yaradıcılığının əsas istiqamətləri (geomorfologiya, landşaftşünaslıq, qlasiologiya, neotektonika, toponimika, ekologiya) geniş təhlil edilib, alimin ölkəmizdə elm və təhsilin inkişafındakı rolu ilk dəfə kompleks şəkildə araşdırılaraq sistemləşdirilib.

Nəşr Yer elmləri sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllim və tələbələr üçün nəzərdə tutulub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında