Bakı Turizm İnformasiya Mərkəzi “Turizm marşrutlarının yaradılmasına dair tövsiyələr” hazırlayıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 6 sentyabr 2017-ci il 205 saylı əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi  digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunmuşdur.

Əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi “Turizm marşrutlarının yaradılmasına dair tövsiyələr” hazırlayıb, regional turizm informasiya mərkəzlərinə göndərmişdir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.

Sənəddə marşrutların seçilməsi və hazırlanmasına dair bir sıra tələblər irəli sürülmüşdür. Turizm maşrutunu tərtib edərkən onun  tipi, başlanğıc və sonu, uzunluğu,  inzibati ərazi mərkəzindən uzaqlığı, marşrut üzrə hərəkət növləri və üsulların müəyyən edilməsi, nümayiş üçün nəzərdə tutulan turizm obyektləri haqqında məlumatların toplanması regional turizm informasiya mərkəzlərinə tövsiyə olunmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında