Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində qocaman qaboy ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.

1938-ci ilin 29 yanvar tarixində Bakı şəhərində anadan olan Kamil Cəlilov  Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qaboy ifaçısıdır.

İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq artisti Gülarə Əliyevanın  yaratdığı “Dan ulduzu”  ansamblının solisti olmuşdur.  Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi  Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Çexoslovakiyada, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər  ölkələrində məharətlə təqdim etməklə  musiqimizin təbliğində  böyük  xidmətlər göstərmişdir.

Uzun illər ərzində İncəsənət  gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə  məşğul  olan  Kamil Cəlilov  milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında  səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə  sərf etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında