“Xurşudbanu Natəvandan Pərvin Etisamiyədək”

www.science.gov.az saytında bildirilib ki, Fevralın 22-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Xurşudbanu Natəvandan Pərvin Etisamiyədək” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli İran ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin qurulduğunu və inkişaf etdiyini söyləyib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələrin hazırda elm, mədəniyyət sahələrində uğurla davam etdirildiyi bildirilib. Qeyd edib ki, hazırda AMEA İranın müvafiq elmi tədqiqat müəssisələri, ali məktəbləri ilə əlaqələrini genişləndirir.

Akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında imzalanan protokola əsasən iki qurumun birgə təşkilatçılığı ilə İranda və Azərbaycanda görkəmli sənətkarların yubileylərinin, onların həyat və fəaliyyətlərinə dair elmi konfransların keçirildiyini diqqətə çatdırıb.

Tədbirin hər iki şairin yaradıcılığına həsr olunduğunu deyən AMEA-nın vitse-prezidenti X.Natəvanın Azərbaycanın XIX əsrdə yaşayıb-yaratmış qadın şairlərindən biri olduğunu və Qarabağın həyatında mühüm rol oynamış ictimai xadim, xeyriyyəçi kimi də tanındığını bildirib. Qeyd edib ki, X.Natəvanın qədim Qarabağın inkişafında da bir sıra xidmətləri olub. O, 1872-ci ildə İsa bulağından Şuşa qalasına su xətti çəkdirib. Cəmi 35 il ömür sürmüş P.Etisami isə İranda tanınmış və böyük şöhrət qazanmış sənətkardır. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir…

 

 

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında