Səlim Müslümov Yusif bin Əhməd əl-Useymin ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.

Görüşdə S.Müslümov multikulturalizm mərkəzi və mədəniyyətlərarası dialoqun məkanı olan Azərbaycanın eyni zamanda müsəlman dünyasının bir hissəsi kimi İslam dəyərlərinin təbliğinə və dünyada İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini bildirib. O, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkəmizin 2025-ci ildə keçiriləcək “Expo 2025” Ümumdünya Sərgisinə də ev sahibliyi etmək üçün namizədliyinin irəli sürüldüyünü və bunun İƏT-ə üzv ölkələr tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu qeyd edib.

S.Müslümov İƏT-ə üzv ölkələrlə geniş təcrübə və bilik mübadiləsini nəzərdə tutan əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. 

Yusif bin Əhməd əl-Useymin Azərbaycanın İƏT ilə ötən dövrdə həyata keçirdiyi səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. O, təşkilat çərçivəsində üzv ölkələr arasında müxtəlif sahələrdə, həmçinin əmək və sosial müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının bu sahədə faydalı olacağını qeyd edib.

S.Müslümovun İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə müavini Həmid Opelayeru ilə də görüşündə təşkilata üzv ölkələrlə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafından bəhs edilib, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin təsis olunması ilə bağlı hazırda aparılan işlər müzakirə olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında