Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı

Heydər Əliyev Sarayında tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli sərəncamına əsasən Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb. Bildirib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.

Dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, "Fortepiano üçün sonatina", "Skripka və fortepiano üçün skerso", "İki skripka üçün birhissəli kvartet", "Fortepiano üçün trio", simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri göstərmək olar. Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə görkəmli bəstəkarın repertuarından sevilən mahnılar səsləndirilib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında