Tanınmış yunan şairi ilə görüş

Yunanıstanın tanınmış yazıçısı Amanda Mixalopoulou Bakı Slavyan Universitetində (BSU)  qonaq olmuşdur. BSU-nun rektoru, professor Nurlana Əliyeva tanınmış yazıçını qəbul edib. Görüşə Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Konstantinos Adamopoulos və səfirliyin iqtisadi şöbəsinin müdiri Vassilios Sitaros, BSU-nun prorektorları Telman Cəfərov, Rafiq Novruzov və Cəfər Eyvazov iştirak etmişlər.

Rektor Nurlana Əliyeva Yunanıstan və Azərbaycan arasında humanitar tərəfdaşlığın genişlənməsində mühüm rol oynayan Bakı Slavyan Universitetinin fəaliyyəti barədə qonaqlara məlumat vermişdir. N.Əliyeva qədim dövrlərdən Yunanıstan mədəniyyətinə, ədəbiyyatına  Azərbaycanda böyük maraq olduğunu diqqətə çatdıraraq BSU-da yunan dilinin tədrisi, Müasir yunan dili və mədəniyyəti  mərkəzinin fəaliyyəti haqqında da ətraflı söhbət açmışdır. Rektor BSU tələbələrinin yunan dilindən Azərbaycan dilinə tərcümə etdikləri şeirlər və hekayələrdən danışaraq gənclərin bu dilə olan marağını yüksək qiymətləndirmişdir. Nurlana Əliyeva qeyd edib ki, BSU-da keçirilən beynəlxalq konfranslarda yunan milli rəqsinin tələbələr tərəfindən məharətlə ifa olunması gənclərin yunan xalqının mədəniyyətinə olan sevgisindən xəbər verir.

Azərbaycan haqqında müsbət fikirlərini bölüşən Amanda Mixalopoulou yunan dili və ədəbiyyatının Bakı Slavyan Universitetində yüksək səviyyədə tədris olunmasını sevindirici hal kimi dəyərləndirib. A. Mixalopoulou dünya dillərinin öyrənilməsində ədəbiyyatın aparıcı vasitə olduğunu . Yazıçı qeyd edib ki, müəllifi olduğu “Göz” hekayəsi yunan oxuculara hələ təqdim edilməsə də, BSU-nun tələbəsi Əlixan Rəşidov tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Bundan  məmnun qaldığını bildirən yazıçı hekayənin ilk oxucularının azərbaycanlılar olmasından məmnun qaldığını bildimişdir.

Sonra Amanda Mixalopoulou BSU-nun müəllim-tələbə kollektivi ilə görüşüb. Geniş auditoriya qarşısında BSU barədə müsbət fikirlər səsləndirən qonaq müəllim və tələbələri maraqlandıran sualları cavablandırmışdır.

Görüş çərçivəsində BSU-nun tələbəsi Əlixan Rəşidov yunan dilindən Azərbaycan dilinə tərcümə etdiyi “Göz” hekayəsini səsləndirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında