Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir

Azərbaycan Respublikası  Prezidentinin “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı ötən il imzalanan  sərəncamına   əsasən, il ərzində müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təqdimatların keçirilməsi planlaşdırılır.  Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir. Bu barədə məlumatı Mədəniyyət və  Turizm Nazirliyinin  mətbuat xidməti yaymışdır.

Nazirin  səfər çərçivəsində Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüşü olmuşdur.  Ə.Qarayev  ölkəmizdə həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması haqqında  məlumat vermişdir.

Görüş   zamanı Azərbaycan Respublikası Prezidentinin Bakı Prosesi təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd etmişdir. Martin Reeves də, öz növbəsində, Koventri şəhərində 100-dən çox millətin nümayəndəsinin yaşadığını bildirmişdir.

Səfər zamanı  Koventri Nəqliyyat Muzeyinin nəqliyyat və mühərriklər üzrə kuratoru xanım Liz Chard-Cooper və Koventri Sosial Təsisatlar Universitetinin sahibkarlığın inkişafı üzrə rəhbəri xanım Carole Donnelly ilə ikitərəfli görüşlər keçirilib və qarşılıqlı mübadilələr barədə müzakirələr aparılmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında