Macar musiqiçilərinin konserti hərarətli alqışlarla qarşılanır

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə tədbir təşkil olunub.“V4 Music” adlı konsert Macarıstan, Çexiya, Slovakiya və Polşa Respublikasının səfirliklərinin əməkdaşlığı nəticəsində baş tutub.

Giriş sözü ilə  BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova çıxış edərək qonaqları salamlayıb və konsertin əhəmiyyətindən söz açıb.

 Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi çıxışında  Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor, tanınmış pianoçu Fərhad Bədəlbəyliyə yaradılmış bu şərait üçün dərin minnətdarlığını bildirib.

Konsertdə solistlər-macar musiqiçiləri  Klara Babel (arfa) və Zalan Kovacs (tuba)  macar və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər. Musiqi proqramında Krzysztof Penderecki (Capriccio for Tuba), Bedrich Smetana (Moldva), Marin Marais (La Folia), Zalán László Kovács (Hommage a Bartók), Frederic Chopin (Variations on a Theme by Rossini), Peter Machajdik (Ulity), Zoltán Kodály (Háry János- Toborzó), Joseph Kosma (Autumn Leaves), Louis Armstrong (What a Wonderful World),Vittorio Monti ( Csárdás), Zalán László Kovács (Kakukk) əsərləri səsləndirilib. 
           Konsertdə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka və xanımı Monika Pivonka, müvəqqəti işlər vəkili Kristian Kamill, Macarıstanın səfiri  Viktor Sederkenyi və xanımı, Slovakiyanın səfiri Peter Priputen və xanımı, Polsanın səfiri Marek Calka iştirak ediblər.
             Musiqiçilərin peşəkar və virtuoz ifaları tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb, zalda əyləşən bütün dinləyiciləri heyran edib və musiqisevərlərin qəlbində xoş əhval-ruhiyyə yaradıb. 

Afət Sadıqoğlu

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında