"Misir dünya uşaqlarının gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görülmüşdür

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon Saray qəsəbə Uşaq  İncəsənət Məktəbinin təsviri İncəsənət şöbəsinin şagirdləri "Misir dunya uşaqlarının gözü ilə" adlı Beynəlxalq rəsm müsabiqəsinə qatılıblar.

Belə ki, Misir Ərəb Respublikasında ənənəvi olaraq hər il "Misir dunya uşaqlarının gözü ilə" adlı Beynəlxalq rəsm müsabiqəsi keçirilir. Sonuncu müsabiqəyə dunyanın 140 ölkəsindən minlərlə iş göndərilib. Azərbaycan Respublikasını bu müsabiqədə Abşeron, Quba, Şamaxı, Lənkəran və İsmayıllı rayonlarının uşaq incəsənət məktəblərinin şagirdləri təmsil ediblər. Ölkəmizi təmsil edən şagirdlərin 19 nəfəri 19 müxtəlif nominasiyalarda, 3 qızıl medal , 4 gümüş medal və 12 sertifikata layiq görülüblər.

Təltif edilmə mərasimi Azərbaycanda Misir Səfirliyinin mədəniyyət mərkəzində keçirilib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında