Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirildi

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsində Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirilmişdir. İclasda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri M.Qəhrəmanov, Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının sədri N.Ağayev və Şuranın Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasına daxil olan Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonları üzrə əsas üzvləri və alt komitə üzvləri iştirak etmişlər. Bu barədə nazirliyin saytı məlumat yayıb.

İclasda Şuranın qarşıda duran vəzifələri və fəaliyyət planı müzakirə edildi. Çıxış edənlər Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının turizm potensialı, burada turizmin hansı növlərinin inkişaf etdirilməsi üçün şərait və imkanların olduğu barədə məlumat vermişlər. Turizm rekreasiya zonasına daxil olan rayonlarda işin təkmilləşdirilməsi və həmin ərazilərdə olan bələdiyyələrlə işin intensivləşdirilməsi üçün təkliflər irəli sürülmüşdür.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında