“Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsi

Martın 27-dən aprelin 2-dək Bakıda “Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək.   Festival  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı  ilə  baş tutacaq. Bu barədə məlumat Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarədən verilib.

Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın Xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarıstanın Xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu, Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstriya cəmiyyətinin prezidenti Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.

Müsabiqə 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçiriləcək.

Festivalda qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif olunacaq, onlara xüsusi hədiyyələr və təşəkkürnamələr veriləcək.

Vokalçılar arasında Qran-Priyə layiq görüləcək iştirakçıya Rusiyanın Xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.

Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art Baku” I Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıblar.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında