Uşaq ədəbiyyatının nəşrinə diqqət artıb

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi  çərçivəsində 15 adda kitab nəşr olunaraq balacaların ixtiyarına verilib.

“Bərpanəşr” layihəsi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qızıl fondunda 1 nüsxə qalmış kitablar - Həsən Mehdiyev “Ovçu Səməndərin hekayələri”, Xanımana Əlibəyli “Ağ çəmən”, Teymur Elçin “Balaca Aytən”, Cəfər Cabbarlı “Ölkəm”, Mikayıl Müşfiq “Əhməd, Güllü, Sara, Bəbir”, Nigar Rəfibəyli “Bir cüt xurma ağacı”, Abdulla Şaiq “Yaxşı arxa”, M.Ə.Sabir “Təmsillər”, Simax Şeyda “Təyyarə”, İlyas Tapdıq “Bir evim var”, Şarl Perro “Büllür başmaq”, “Beş qardaş” (ingilis nağılı),  “Daşdəmirin nağılı”, Səməd Behrəngi “Balaca qara balıq”, Əli Səttar Atakişiyev “Priklyuçeniya İbraqima” (rus dilində) yenidən çap olunmuşdur.

Kitablar “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Yeni nəşrlər Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında