Sumqayıtlı müəllifin maraqlı kitabı

İxtisasca həkim olan, geniş dünyagörüşü ilə fəal istifadəçisi olduğu virtual məkanda geniş populyarlıq qazanmış Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın aktual məsələlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir. O, həmçinin Azərbaycan dövlətçiliyinə, milli-mədəni dəyərlərə sadiq olan publisist kimi tanınır. Sumqayıt Poeziya Evində müəllifin sosial şəbəkələrdə ardıcıl paylaşdığı örnək statuslarından ibarət "Statusman” kitabının təqdimat mərasimi keçirilib.  

Çoxsaylı oxucuların toplaşdığı tədbirdə Nazilər Kabinetinin əməkdaşı Firdovsi Cəfərxan, tibb elmləri namizədi Mayılxan Tağıyev, Sumqayıt Şəhər İcra hakimiyyətinin məsul işçisi Eyvaz Qocayev, “Neftkimyaavtomat” elm-istehsalat birliyinin direktoru Əli Əmirov,“Şöhrət” ordenli pedaqoq Ofelya Babayeva, tanınmış şair Əşrəf Veysəlli, yazıçı-jurnalist Varis Yolçuyev və başqaları çıxış etdilər. Qeyd olundu ki, yeni kitabın dili sadədir, mülahizələrin estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, təbabət, ekologiya, ailə dəyərləri və sair sahələri əhatə etməsi maraq doğurur. Burada əsasən müdrik sözlər, hekayə və esselərlə  ifadə olunan, insanları saflığa, səmimiyyətə, vətənsevərliyə səsləyən çağırışlar yer alıb. Müəllifin fikirlərində həyata, insana, ictimai münasibətlərə ümumilikdə fəlsəfi, eyni zamanda güclü bir pozitiv yanaşma var. Statusların print-kitab formatında ərsəyə gəlməsi təqdirəlayiqdir.

Sonda Hümbət Quliyevin kitabının nüsxələri bütün iştirakçılara təqdim edildi.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında