“Akşam” qəzeti: Azərbaycan Prezidenti İlham Əliyev: Türkiyə ilə 2012-ci ildə TANAP-a imza atmağımız tarixi hadisə idi

Türkiyənin “Akşam” qəzetində  “Azərbaycan Prezidenti İlham Əliyev: Türkiyə ilə 2012-ci ildə TANAP-a imza atmağımız tarixi hadisə idi” sərlövhəli xəbər dərc edilib. Xəbərdə  Bakının ev sahibliyi etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Prezident İlham Əliyevin Azərbaycan, Türkiyə və Gürcüstan arasında illər öncə qurulmuş əməkdaşlığı və  həyata keçirilən layihələrlə bağlı fikirlərinə yer ayrılıb.

“Türkiyə ilə 2012-ci ildə Trans Anadolu qaz kəməri”nə--(TANAP) imza atmağımız tarixi hadisə idi”—deyən ölkə başçısı Cənub Qaz Dəhlizinin Azərbaycanın enerji strategiyası üçün əhəmiyyətli bir layihə olduğuna diqqət çəkib. O bildirib ki, bu xəttlə təkcə Azərbacanın təbii qazının deyil, Xəzər dənizinin şərqindəki ölkələrin də enerji mənbələri daşınacaq.

“Akşam” qəzeti TANAP layihəsi ilə bağlı danışan Prezident İlham Əliyevin “Azərbaycan, Türkiyə və Gürcüstan arasında illər öncə qurulmuş regional əməkdaşlıq indi digər ölkələrin da iştirakı ilə daha böyük əməkdaşlığa çevrilir”-fikrinə yer ayrılıb.

Qəzet həmçinin 2017-ci ildə  enerji sahəsində bir sıra işlərin görüldüyünü, “Şahdəniz-2” yatağındakı işlərin 99%-i, TANAP-ın 95%-i, TAP-in isə 66%-i tamamlandığını qeyd edib.

Sonda Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir” –ifadəsi xüsusi vurğulanıb.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında