«Leyli və Məcnun» Gəncə Dövlət Filarmoniyasının səhnəsində

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında ilk tamaşasının 110 illiyinə həsr olunmuş Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş etdirilib.

Operaya Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, şəhər sakinləri tamaşa etmişlər.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycan Respublikasının Xalq Artisti Mənsum İbrahimov (Məcnun), istedadlı müğənni Arzu Əliyeva (Leyli), Xalq Artisti Sabir Əliyev (Şeyx), əməkdar artistlər - Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Səlam), Afaq Ağayeva, Elnur Zeynalov, Taleh Yəhyayev, Aytən Məhərrəmova, Nazar Bəylərov və başqaları iştirak etmişlər. Səhnə əsərinin dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi.

Yüksək hərarətlə qarşılanan tamaşadan sonra şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev operanın solistləri ilə görüşmüş, onların çıxışlarını yüksək qiymətləndirmişdir. Elmar Vəliyev qeyd etmişdir ki, tanınmış sənət adamlarının iştirakı ilə bu operanın Gəncədə göstərilməsi şəhərin mədəni həyatında böyük hadisədir. Bütün gəncəlilər adından təşəkkürünü bildirən icra hakimiyyətinin başçısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin Gəncə Filarmoniyasının səhnəsində vaxtaşırı çıxış etmələrini arzulamışdır.

                   Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında